Conas Svenson "BEŞİKTAŞ"DA
07.01.2024 - 12:30
Conas Svenson "BEŞİKTAŞ"DA

Transfer hazırlıqlarını davam etdirən "Beşiktaş" norveçli cinah oyunçu ilə anlaşıb. 

Apasport.az xəbər verir ki, ağ-qaralar "Adana Dəmirspor" la yollarını ayıran Conas Svensonu heyətinə qatıb.

İstanbul təmsilçisi 30 yaşlı norveçli ilə 1,5+1 illik müqavilə imzalayıb.

30 yaşlı futbolçu bu mövsüm komandasının heyətində 17 matça çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0