Mutu Rumıniya klubu ilə müqavilə bağladı
24.01.2024 - 16:45
Mutu Rumıniya klubu ilə müqavilə bağladı

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu ÇFR klubu ilə rəsmi müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, 45 yaşlı mütəxəssis Kluj təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb.

Rumıniyalı çalışdırıcı italiyalı həmkarı Andrea Mandorlinini əvəzləyib.

Qeyd edək ki, Mutu ötən ilin dekabrında “Neftçi”dən göndərilib.

writer photo
Əlirza Əlirzalı
0