“Tottenhem”də ayrılıq
25.04.2023 - 13:24
“Tottenhem”də ayrılıq

“Tottenhem”i tərk edəcək futbolçulardan birinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, Lukas Moura İngiltərə klubundan ayrılacaq.

Braziliyalı hücumçu ilə müqavilə uzadılmayacaq. 31 yaşlı futbolçu azad agent statusu alacaq.

Qeyd edək ki, Moura 2018-ci ildən London təmsilçisində çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0