"Azərbaycan və Estoniya çətin rəqiblərdir."
Apasport.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik deyib
Almaniyalı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Azərbaycan millisindən çəkindiyini bildirib: "Qələbə qazanmaq üçün meydanda ən yaxşı oyunumuzu göstərməliyik. Xüsusilə Azərbaycanla matç üçün satışa çıxarılmış biletlər qısa zamanda satıldı. Əhval-ruhiyyəmiz yaxşıdır və hər iki qarşılaşmada qalib gələcəyimizə əminik".
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Lints şəhərindəki “Rayfayzen Arena”da keçiriləcək.