Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinə satılan biletlərin sayı açıqlanıb.
Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən apasport.az-a bildirilib ki, Milli Gimnastika Arenasında təşkil ediləcək yarışa 6 minə yaxın bilet satılıb.
Biletlər sadə (2 manat) və VİP (7 manat) olaraq iki hissəyə ayrılıb. Hər gün üçün iki seans nəzərdə tutulub. Gündüz seansı saat 10:30-da, axşam seansı isə 18:00-da başlayacaq. Hər seansa 2446 sadə, 156 VİP bilet daxildir. Ümumilikdə 15612 bilet satışa çıxarılıb.
Yarışın biletlərini iticket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri aprelin 5-7-də təşkil olunacaq. İlk yarış günündə yunan-Roma, aprelin 6-da qadın, son gündə isə sərbəst güləş üzrə mübarizə baş tutacaq.