Cüdoçumuz finalda uduzdu
09.09.2023 - 20:51
Haaqada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının üçüncü günü arxada qalıb.
Apasport.az saytı xəbər verir, yığmamız aktivinə daha bir medal əlavə edib.
90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov gümüş medal qazanıb. Cüdoçumuz həlledici görüşdə yerli idmançı Lars van Ostruma uduzub. Bu, komandamızın Avropa çempionatında qazandığı 5-ci medal olub.
Qeyd edək ki, Azərbaycan cüdoçuları ilk iki gündə 1 qızıl, 3 gümüş medal qazanıblar.
0
0