Dadaşovu Skopyedə nə gözləyir?
19.11.2022 - 22:18
Dadaşovu Skopyedə nə gözləyir?

Azərbaycan millisi sabah növbəti beynəlxalq yoldaşlıq oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, Skopyedə Şimali Makedoniya ilə üz-üzə gələcək yığmanın bəzi üzvləri üçün bu qarşılaşma əlamətdar ola bilər.

Renat Dadaşov səfərdə meydana çıxsa, millidə yubiley – 20-ci oyununu keçirəcək. İki futbolçu isə debüt anını gözləyir. 

Bu oyunçular Ceyhun Nuriyevlə Rövlan Muradovdur. Baş məşqçi Canni de Byazinin sərəncamındakı 26 futbolçudan yalnız onlar hələ heç bir rəsmi görüşə çıxmayıb.

Bu 26 futbolçudan üçü qapıçıdırsa, digər 23 oyunçudan 9-u qol sevinci yaşayıb. Digər 14 nəfər qol hesabını aça bilər. Belə futbolçulardan birincisi təkcə indiki heyətdə qol vuran 10-cu olmayacaq, həm də yığma tarixində bunu bacaran 70-ci kimi yadda qalacaq. Emin Mahmudov isə yubiley – 10-cu dəfə fərqlənə bilər.

Qeyd edək ki, Şimali Makedoniya – Azərbaycan oyunu noyabrın 20-də keçiriləcək.

futbolçu

oyun

qol

Ramil Şeydayev

51

8

Mahir Emreli

38

5

Namik Ələskərov

37

0

Emin Mahmudov

35

9

Riçard Almeyda

28

3

Anton Krivotsyuk

26

0

Azər Salahlı

23

1

Səlahət Ağayev

21

-26

Bəhlul Mustafazadə

20

0

Renat Dadaşov

19

1

Şahrudin Məhəmmədliyev

18

-23

Hoccət Haqqverdi

16

1

Anatoli Nuriyev

13

1

Emil Balayev

13

-19

Toral Bayramov

11

0

Aleksey İsayev

10

1

Elvin Camalov

8

0

Amin Seydiyev

7

0

Elvin Cəfərquliyev

7

0

Cəlal Hüseynov

4

0

Musa Qurbanlı

4

0

Ozan Can Kökçü

3

0

Bəxtiyar Həsənalızadə

1

0

Qismət Alıyev

1

0

Ceyhun Nuriyev

0

0

Rövlan Muradov

0

0

writer photo
Əlirza Əlirzalı
0