Ançelotti: “Beylin sabah oynayıb-oynamayacağının fərqi yoxdur”
19.05.2022 - 23:32
Ançelotti: “Beylin sabah oynayıb-oynamayacağının fərqi yoxdur”

“Real”ın baş məşqçisi Karlo Ançelotti hücumçu Qaret Beylin ayrılmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, çalışdırıcı uelsli futbolçunun madridlilər üçün böyük işlər gördüyünü söyləyib.

O, mövsümün sonunda “Real”dan ayrılacağı dəqiq olan 32 yaşlı ön xətt oyunçusunun xidmətlərini yüksək dəyərləndirib: “Beylin müqaviləsi başa çatır. Onun sabah oynayıb-oynamayacağının fərqi yoxdur. Qaret bu klubun tarixinin bir parçasıdır. O, “Real”ın yaddaşında qalacaq. Çempionlar Liqasının finalında mühüm rol oynayıb. Bunu etiraf etmək lazımdır”.

Qeyd edək ki, 2013-cü ildən “Real”da çıxış edən Qaret Beyl gələn mövsüm “Kardiff”in formasını geyinəcək.
 

writer photo
Əlirza Əlirzalı
0