Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşləri başa çatıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, yarımfinala Azərbaycan millisinin daha 2 idmançısı vəsiqə əldə edib.
Şahin Aslanov (52 kq) ingiltərəli Bill Smitti mübarizədən kənarlaşdırıb. O, rəqibini 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Adil Zalov da yarımfinalda iştirak hüququ qazanıb. 63 kq-da mübarizə aparan boksçu 1/4 finalda Yan Mikuliç (Xorvatiya) üzərində 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb.
Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.
Bununla da Azərbaycan millisinin 1/2 finala vəsiqə qazanan idmançılarının sayı 4-ə çatıb. Aslanovla Zalovdan öncə İsmayıl Vəliyev (70 kq) və Səftər Məmmədzadə (90 kq) də 1/4 final səddini uğurla adlayıb.
Qeyd edək ki, Avropa birinciliyinə avqustun 25-də yekun vurulacaq.