“Neftçi” “Erzurumspor”la qarşılaşacaq
20.07.2024 - 09:33
“Neftçi” “Erzurumspor”la qarşılaşacaq

Yeni mövsümə hazırlıqlarını Türkiyədə davam etdirən “Neftçi” bu gün növbəti yoxlama oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv “Erzurumspor”la qarşılaşacaq. Türkiyənin I Liqa təmsilçisi ilə görüşə saat 18:00-da start veriləcək.

“Neftçi” daha öncə Super Liqa təmsilçiləri “Alanyaspor”u (3:1) və “Sivasspor”u (2:1) məğlub edib.

writer photo
Əlirza Əlirzalı
0