Daha bir Premyer Liqa klubu Filipslə maraqlanır
17.01.2024 - 18:48
Daha bir Premyer Liqa klubu Filipslə maraqlanır

Kalvin Filips "Mançester Siti"ni tərk edə bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Nyukasl" və "Yuventus"la sıx əlaqədə olsa da, son həftələrdə "Kristal Pelas"ın radara düşüb.

“Vest Hem” də Filipsi transfer etmək imkanını nəzərdən keçirir.

Qeyd edək ki, "Transfermarkt" Kalvin Fillipsin transfer dəyərini 28 milyon avro olaraq qiymətləndirir.
 

writer photo
Əlirza Əlirzalı
0