Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında daha bir Türkiyə güləşçisi qələbəsini Azərbaycana həsr edib.
Apasport.az-ın məlumatına görə, 64 kq çəki dərəcəsində çıxış edən Nuray Güngör toplam 219 kq ağırlıq qaldıraraq Avropa çempionu olub.
O həmçinin 2 kiçik medal qazanıb. 99 kq-la birdən qaldırmada qızıl, 120 kq-la təkanla qaldırmada bürünc medala layiq görülüb.
Təltifetmə mərasimindən sonra Nuray Güngör "TRT Spor Yıldız" telekanalına açıqlamasında bayraq qalmaqalına görə İrəvanı yarışmamış tərk etmiş Azərbaycan idmançılarını unutmayıb: "Onlar heç də pis olmasınlar. Biz onların yerinə də mübarizə aparıb çempion oluruq".
Xatırladaq ki, daha əvvəl 45 kq çəki dərəcəsində 3 qızıl medal qazanmış Cansu Bektaş və kiçik gümüş mükafata yiyələnmiş Qamze Altun qələbələrini Azərbaycana həsr etdiklərini bildirmişdilər.