“Böyük Dəbilqə”nin vaxtı dəyişdi
18.12.2023 - 15:33
“Böyük Dəbilqə”nin vaxtı dəyişdi

Bakı Böyük Dəbilqə yarışının vaxtı dəyişdirilib. 

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Bu barədə qərarı Beynəlxalq Cüdo Federasiyası (BCF) verib. 2024-cü ilin 1-3 noyabrında keçirilməsi nəzərdə tutulan 
nüfuzlu turnir 16-18 fevral 2024-cü ildə baş tutacaq. 

Qeyd edək ki, “Dünya Cüdo Turu” seriyasına daxil olan turnir tədbir Milli Gimnastika Arenasında keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0