Darko Çordaş: “Məncə, Emreli başqa komandada özünü sübut etməli olacaq”
02.01.2023 - 13:04
Darko Çordaş: “Məncə, Emreli başqa komandada özünü sübut etməli olacaq”

“Mahir Emrelinin yaxşı futbolçudur. Onun “Dinamo”ya transferi də yaxşı addım idi”. 

Bunu apasport.az saytına “Neftçi”nin sabiq futbolçusu Darko Çordaş deyib. 

Hazırda futbol agenti kimi çalışan xorvatiyalı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Zaqreb “Dinamo”dakı durumuna münasibət bildirib: “Hazırkı vəziyyətinə görə bir söz deyə bilmərəm. Əslində, Mahirin oynamaq üçün çox da şansı olmadı. Tez-tez oynamadı, ara-sıra meydana çıxdı. Hər halda, gələcəyi ilə bağlı qərarını özü verəcək. Məncə, o, başqa komandada özünü sübut etməli olacaq”.

Qeyd edək ki, 46 yaşlı veteran futbolçu Xorvatiyanın U-19, U-20 yığmalarında da oynayıb. Mahir Emrelinin isə "Dinamo" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədər qüvvədədir.

writer photo
Əlirza Əlirzalı
0