"Şamaxı" futbolçusunu icarəyə göndərib
07.08.2024 - 21:52
"Şamaxı" futbolçusunu icarəyə göndərib

Azərbaycan Premyer Liqasına yeni yüksələn "Şamaxı" futbolçusunu icarəyə göndərib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi Bahadur Həziyev yeni mövsümdə "Şamaxı"da oynamayacaq. O, sezonu icarə əsasında "İmişli"nin heyətində keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0