Daşkənddə qızıl və gümüş medal
16.12.2023 - 13:24
Daşkənddə qızıl və gümüş medal

Azərbaycan gimnastları növbəti uğura imza atıblar.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Təmsilçilərimiz Özbəkistanın Daşkənd şəhərində  batut gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə fərqləniblər. Sinxron proqramda Azərbaycan yığma komandasının üzvləri Ayan Şabanova və Samirə Hüseynova qızıl medala sahib çıxıblar. Fərhad Mustafayev və Ömər Qasımlı isə gümüş medal qazanıblar. 
 

writer photo
Əlirza Əlirzalı
0