Derbiyə PROQNOZ
28.10.2022 - 22:32
Derbiyə PROQNOZ

Sabah Misli Premyer Liqasında XII turun mərkəzi oyunu baş tutacaq.

Apasport.az saytının məlumatına görə, Bakı klubları “Zirə” və “Neftçi” paytaxt derbisində qarşılaşacaq.

Bu görüş mərc oyunları həvəskarları və ekspertlərin də diqqət mərkəzindədir. Futbol mütəxəssisi Dmitri Jdanyuk qarşılaşmaya proqnoz verib: 

Komandalar paytaxt derbisinə fərqli durumda çıxacaq. “Zirə” son 4 matçda 3 qələbə qazanıb. Ötən tur “Sumqayıt” quru hesabla məğlub edilib – 2:0.

“Neftçi” isə son üç oyunda bir dəfə qalib gəlib. XI turda “ağ-qaralar” “Sabah”a 2:3 hesabı ilə uduzub.

İlk dövrədə 1:2 hesablı məğlubiyyət alan “Zirə”nin mövsümdəki məhsuldarlığı 1,36-ya bərabərdir. “Neftçi”də bu rəqəm 1,91-dir. Qarşılaşmaya Üst mərc etmək mümkündür.

Proqnozum: Üst
 

writer photo
Əlirza Əlirzalı
0