"Dinamo" ev oyunlarını niyə Sumqayıtda keçirtmək istəyir?
21.08.2024 - 16:54
"Dinamo" ev oyunlarını niyə Sumqayıtda keçirtmək istəyir?

Belarusun "Dinamo" klubunun avrokuboklardakı ev qrup oyunlarını Sumqayıtın "Mehdi Hüseynzadə" stadionunda keçirəcəyi gözlənilir.

Apasport.az-ın məlumatına görə, təsnifat matçlarını Macarıstanda keçirmiş Minsk təmsilçisinin sonradan ev oyunlarının məkanını dəyişdirməsi isə maliyyə məsələsi ilə bağlıdır.

Belə ki, Macarıstanda otel və stadionun icarə qiymətlərinin qalxmasına görə "Dinamo" Azərbaycana üz tutmalı olub. Belarus klubunun rəhbərliyi bu qiymətlərlə razılaşmadığı üçün AFFA-ya müraciət edib. Klub "Mehdi Hüseynzadə" stadionunda oynamaq üçün "Sumqayıt"la danışıqlar aparır. 

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə ilə əlaqədar Belarus klublarına ev oyunlarını doğma meydanda keçirmək qadağası qoyub. Bu səbəbdən onlar avrokubok matçlarında rəqiblərini neytral meydanda qəbul edirlər.

writer photo
Əlirza Əlirzalı
0