Mauro İkardi karyera rekordunu yeniləyib
06.05.2024 - 10:34
Türkiyə Super Liqasının 35-ci həftəsində "Qalatasaray" "Sivasspor"u 6:1 hesabı ilə məğlub edib.
Apaspsort.az xəbər verir ki, "sarı-qırmızılılar"ın qollarını Hakim Ziyeç (2), Dris Mertens (2) və Mauro İkardi (2) vurub.
Mauro İkardi "Sivasspor"a 2 qol vuraraq karyera rekordunu yeniləyib.
Karyerasında bir mövsümdə maksimum 29 qol vuran Mauro İkardi bu mövsüm qol sayını 30-a çatdırıb.
Qeyd edək ki, "Qalatasaray" bu mövsüm liqada 31-ci qələbəsini qazanaraq xalını 96-ya yüksəldib.
- Ozobiçin "Neftçi"dəki taleyinə aydınlıq gəlir
- UEFA Rövnəq Abdullayevi İstanbula çağırdı
- "Lester"lə İngiltərə çempionu olmuş futbolçu karyerasını bitirdi
- “Ferensvaroş”un kapitanı: “Qarabağ” hücuma çıxanda onu dayandırmaq çətindir” - MÜSAHİBƏ
- AFFA-da UEFA B kateqoriyalı kursunun II mərhələsi keçirilib
0
0