“Neftçi” Filip Ozobiçlə bağlı tam qərarını verməyib.
Apasport.az saytına verilən məlumata görə, öncədən “ağ-qaralar”ın Azərbaycan millisinin üzvü ilə yollarını ayıracağı gözlənilirdi.
Lakin Roman Qriqorçukun gəlişindən sonra xorvatiyalı futbolçunun “Neftçi”də qalmaq ehtimalı yüksəlib. Belə ki, ukraynalı mütəxəssis “Qəbələ”dən tanıdığı 33 yaşlı futbolçunu “Neftçi”də görmək istəyir. Ozobiçin Bakı klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-a qədərdir.
Qriqorçuk isə klubun onunla müqavilə müddətini bir illik artırmaq hüququndan yiyələnmələrini istəyib.
Qeyd edək ki, “Spartak”(Moskva), “Zadar”, “Hayduk”, “Slaven Belupo”, “Qəbələ” və “Qarabağ” klublarında oynamış Filip 2023-cü il iyunda “Neftçi”yə keçib.