"Trabzonspor"da ayrılıq
18.01.2024 - 15:43
"Trabzonspor"da ayrılıq

"Trabzonspor" Yens Ştriger Larsenlə yollarını ayırdı. 

Apasport.az xəbər verir ki, bu barədə Qaradəniz təmsilçisi məlumat yayıb.

Klub 32 yaşlı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı olaraq xitam verildiyini açıqlayıb: "Şirkətimiz ilə peşəkar futbolçumuz arasında müqavilə qarşılıqlı olaraq ləğv edilib. Razılaşmaya əsasən, oyunçuya heç bir xitam təzminatı verilməyəcək".

Qeyd edək ki, cari mövsümdə “Trabzonspor”da 17 matça çıxan danimarkalı futbolçu fərqlənə bilməyib. 

writer photo
Əlirza Əlirzalı
0