De Xeadan yeni rekord
02.09.2022 - 11:51
David de Xea “Mançester Yunayted”in tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, ispaniyalı qapıçı “qırmızı şeytanlar”ın heyətində Premyer Liqada ən çox quru oyun keçirən qolkiper adını qazanıb.
V turun “Lester”lə qarşılaşması (1:0) onun üçün 133-cü belə matç olub. De Xea Edvin van der Sarın göstəricisini arxada qoyub. Niderlandlı qapıçı “Mançester Yunayted”in heyətində Premyer Liqanın 132 görüşündə qol buraxmayıb.
Qeyd edək ki, de Xea 2011-ci ildə “Atletiko”dan Mançester təmsilçisinə keçib. O, ümumilikdə 491 görüşdə 167 dəfə qol buraxmayıb.
0
0