“Çelsi”nin sabiq kapitanı karyerasını bitirdi
16.11.2022 - 14:59
“Çelsi”nin sabiq kapitanı Qari Keyhill karyerasını bitirib.
Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı 37 yaşlı müdafiəçi özü verib.
İngiltərə millisinin sabiq üzvü artıq futboldan getmək qərarına gəldiyini açıqlayıb: “İnanılmaz xatirələr yaradaraq xəyal etdiyim hər şeyə nail oldum. Çempionlar Liqasını, İngiltərə Premyer Liqasını qazandım, “Çelsi”nin kapitanı oldum. Bunlar mənimlə əbədi qalacaq”.
Qeyd edək ki, karyerası ərzində yalnız İngiltərə Premyer Liqasında çıxış edən Qari Keyhill bu ilin yayından klubsuz idi.
0
0