"Dinamo"nun baş məşqçisi: "Cavab matçına çox ciddi hazırlaşmışıq"
27.08.2024 - 19:38
"Dinamo"nun baş məşqçisi: "Cavab matçına çox ciddi hazırlaşmışıq"

 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"-"Dinamo" (Zaqreb) matçından öncə mətbuat konfransı keçirilib. 

Apasport.az xəbər verir ki, Zaqreb təmsilçisinin baş məşqçisi Sergey Yakiroviç "Qarabağ"la görüş barədə danışıb. Daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: 

"Keçən oyun 3:0 qalib gəlməyimizə baxmayaraq, bu oyuna çox ciddi şəkildə hazırlaşmışıq. Rəqibimiz çox güclüdür. Onların hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bütün bunları nəzərə alaraq, əsasən müdafiəni gücləndirmək şərtilə, oyunçuların hazırlıq səviyyəsinin yüksək olmasına çalışmışıq".

- Sabahkı təyyarənin havaya qalxması üçün 90 dəqiqə nəzərdə tutulub, yoxsa penaltilər də nəzərə alınıb?
- Bunun üçün konkret vaxt nəzərdə tutulmayıb. Oyunun gedişatından asılı olaraq görəcəyik.

- Hesab edirsiz ki, "Maksimir"dəki hesab ədalətli deyildi?
- Nəticənin ədalətli olub-olmaması kimi şərh verə bilmərəm. Biz oyunda daha çox rəqibin oyunda bizim üçün nə qədər şans yaratdığına  baxırıq. Ya da rəqib tərəfdən belə olmasına fikir veririk. Nəticə də yaranan vəziyyətlədrən asılı olur. 

- "Qarabağ" "Ludoqorets"ə evdə uduzdsa da, səfərdə qalib gələrək rəqibin baş məşqçisini istefaya göndərdi. Qorxmursuz ki, sabah siz də böyük hesabla uduzarsız və istefaya gedərsiz?
- Həmin məşqçinin istefası barədə məlumatım yoxdur. Böyük ehtimalla artıq təqaüd yaşı çatdığına görə istefa verib. Mənim elə fikrim yoxdur. Bu komanda ilə yeni başlamışam və iddialıyam. Yaxşı nəticələrin olacağına güvənirəm. Komanda ruhumuza, oyunçulara güvənirəm. Belə halın yaşacağına qətiyyən düşünmürəm.

- Yaxın keçmişdə Mahir Emrelini sərəncamınızda görmək istəmədiz və o, komandadan ayrıldı. Buna səbəb nə idi? 
- Mən bu komandada 1 ildir ki, baş məşqçiyəm. Bu bir il ərzində Emrelinin potensialını görməyə vaxtım oldu. Lakin qışdakı zədəyə görə bütün yaz oyunlara çıxa bilmədi. Daha sonra bu müddət yaya qədər uzandı. Bir çox oyunlarda iştirak edə bilmədi. Onun da bəxti gətirdi ki, "Nürnberq"ə transfer oldu. 

- Bakıya hansı nəticə üçün gəlmisiz?
- Bizi daha da irəli aparacaq nəticəni əldə etmək üçün gəlmişik. Heç-heçə, qalibiyyət, məğlubiyyət kimi adlandıra bilmərəm. Niyyətimiz daha da irəli getməkdir.

writer photo
Əlirza Əlirzalı
0