“Arsenal” onu, o da “Arsenal”ı istəyir
16.05.2023 - 00:23
“Arsenal” onu, o da “Arsenal”ı istəyir

“Arsenal” yayda heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az saytı xəbər verir ki, “topçular” Madrid “Real”ının sol cinah müdafiəçisi Ferland Mendiyə elçi düşüb.

London klubu Fransa millisinin də şərəfini qoruyan 27 yaşlı oyunçu üçün qarşı tərəfə 27 milyon avro təklif edəcək. Kral klubunun bu mövsüm zədə səbəbindən zəif oynayan futbolçunu transferə çıxardığı bildirilir. “Tottenhem” və PSJ-nin də diqqət mərkəzində olan oyunçu “Arsenal” forması geyinməyə maraqlıdır.

Qeyd edək ki, bu mövsüm 26 matçda meydana çıxan Mendi 1 məhsuldar ötürmə ilə yadda qalıb.
 

writer photo
Əlirza Əlirzalı
0