“Barselona”dan Ter-Şteqen qərarı
11.07.2023 - 17:43
“Barselona” qapıçısı Mark-Andre Ter-Şteqenlə bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu qolkiperi heyətində saxlayacaq.
Kataloniya təmsilçisi bunun üçün almaniyalıya maaşının azalmasını təklif edəcək. Maliyyə çətinlikləri olan klub Ter-Şteqenlə razılaşacağına ümidlidir.
Qeyd edək ki, almaniyalının müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
0
0