Dmitri Kruqlov: "Azərbaycanın sonuncu olmaq təhlükəsi daha yoxdur"
15.10.2023 - 15:07
Dmitri Kruqlov: "Azərbaycanın  sonuncu olmaq təhlükəsi daha yoxdur"

"Azərbaycanın qrupda sonuncu olmaq təhlükəsi daha yoxdur, yəqin ki, elə son pillədə Estoniya olacaq"

Estoniya millisinin sabiq kapitanı Dmitri Kruqlov Apasport.az saytına açıqlama verib. Karyerası ərzində “Neftçi”, “İnter”(indiki “Şamaxı”), “Rəvan” klublarında oynamış Kruqlov Azərbaycan futboluna yaxşı bəlləddir. O, millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana 0:2 hesablı məğlubiyyətini şərh edib.

“Komandamız üçün uğursuz oyun oldu. Azərbaycan millisinə afərin, şanslarından maksimum dərəcədə istifadə etdilər. İkinci hissədə bizim milli hardasa oyuna qayıtmağa çalışdı. Amma təəssüf ki, alınmadı.  Azərbaycan millisi üçün uğurlu gün idi. Onlar daha təravətli, bir az daha sürətli görünürdülər və şanslarından yararlandılar. Sırf olaraq hansısa oyunçunu xüsusi qeyd etməzdim, mən Azərbaycan millisini  bütövlükdə vurğulayardım. Yaxşı idilər. Amma Azərbaycan illər əvvəl, yoxsa indi güclü olması ilə bağlı sual dərin məsələdir. Hər halda, müqayisə aparmaq doğru olmazdı”.

Kruqlovun fikrincə, F qrupunda sonuncu pilləni elə Estoniya millisi tutacaq: “Azərbaycanın qrupda sonuncu olmaq təhlükəsi məncə daha yoxdur. Çünki yəqin ki, elə son pillədə Estoniya olacaq. Bizim şansımız daha aşağıdır. Çox güman ki, qrupda sonuncu olacağıq”.

writer photo
Əlirza Əlirzalı
0