“Roma”nın 20 milyonluq hədəfi
21.01.2023 - 15:38
“Roma”nın 20 milyonluq hədəfi

“Roma” Nikola Zanioloya əvəzləyici tapıb.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu komandanı tərk edəcək yarımmüdafiəçinin yerinə Ussem Auanı almağı planlaşdırır.

24 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu “Lion”un şərəfini qoruyur. Karyerası boyu yalnız bu klubda forma geyinən Auanın qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, Ussem “Lion”da 222 oyun keçirib. O, 41 qol və 35 assistə imza atıb.
 

writer photo
Əlirza Əlirzalı
0