“Qarabağ”la “Zirə”nin hesabına milyonçu oldu - FOTO
27.01.2023 - 11:06
“Qarabağ”la “Zirə”nin hesabına milyonçu oldu - FOTO

Bukmeker kontorlarında daha bir böyük uduş qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevər 21 oyuna mərc edib.

Yalnız futbola proqnoz verən better bütün qarşılaşmalarda favoritlərə güvənsə də, iki görüş istisna olub. O, autsayderlərdən bir qələbə və bir heç-heçəyə ümid edib.

Nəticədə onun ekspress kuponunun əmsalı 26302,77-yə çatıb. 40 rublluq (0,98 manat) mərc edən betterin bütün təxminləri dəqiq çıxıb. 

Kontorun müştərisi Misli Premyer Liqasına da mərc edib. O, “Qarabağ”ın “Turan Tovuz”u, “Zirə”nin “Sumqayıt”ı məğlub edəcəyini proqnozlaşdırıb. Favoritlər onu yanıltmayıb. “Qarabağ”la “Zirə” betterin 1 milyon 52 min 111 rubl (25 min 776,72 manat) uduşa sahib çıxmasında rol oynayıb.


 

writer photo
Əlirza Əlirzalı
0