Kikboksinq üzrə gənclər və yeniyetmə oğlan və qızlar arasında XXVI Azərbaycan birinciliyi başa çatıb.
Federasiyadan apasport.az saytına verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən oğlanların yarışı rinqdə, qızlarınkı tatamidə baş tutub.
Sonda 41 qalib müəyyənləşib. Həmin qaliblərin adlarını təqdim edirik:
Kadetlər
32 kq. Nizami Əliyev (“Draqon” İK)
37 kq. Nazim Verdiyev (“Abşeron” İK)
42 kq. Ömər Abdullazadə (“Sumqayıt” İK)
47 kq. Ramal Zeynallı (DİN İC)
52 kq. Renat Qiyaslı (ZV Döyüş Akademiyası)
57 kq. Kənan Cəfərli (ZV Döyüş Akademiyası)
63 kq. Ruslan Rüstəmli (“Sensey” İK, Göygöl)
69 kq. Elcan Quliyev (“Səbail” İK)
+69 kq. Tahir Abdullayev (ZV Döyüş Akademiyası)
Yeniyetmələr
42 kq. Şükür Aslanlı (“Xocalı” İK)
45 kq. Sübhan Məmmədov (DİN İC)
48 kq. Rafiq Babazadə (DİN İC)
51 kq. Elton Bağırov (“Şahdağ” İK, Quba)
54 kq. Elvin Məmmədov (ZV Döyüş Akademiyası)
57 kq. Murad Salahlı (“Abşeron” İK)
60 kq. Vüqar Məmmədov (DİN İC)
63,5 kq. Kənan Məmmədov (“Naxçıvan” İK)
67 kq. Razim Salmanov (“Kəlbəcər” İK, Gəncə)
71 kq. Səfərəli Vəhədov (“Neftçi” İK)
75 kq. Əkbər Eminov (“Draqon” İK)
81 kq. Rəvan Qasımov (DİN İC)
+81 kq. Ramal Həsənli (ZV Döyüş Akademiyası)
Gənclər
51 kq. Fərid Qəhrəmanov (DİN İC)
54 kq. Cavid Səfərov (ZV Döyüş Akademiyası)
57 kq. Akif Quluzadə (“Zabit Səmədov” İK)
60 kq. Amin Quliyev (ZV Döyüş Akademiyası)
63,5 kq. Nicat Ələkbərli (ZV Döyüş Akademiyası)
67 kq. Kamil Ağazadə (“Qızıl Əlcək” İK)
70 kq. Məhəmməd Abbaszadə (“Orion” İK)
75 kq. Amin Mayılov (“MN” İK, Mingəçevir)
81 kq. Səftər Süleymanov (ZV Döyüş Akademiyası)
86 kq. Xəyal Astanov (DİN İC)
91 kq. Elton Hüseynov (DİN İC)
+91 kq. Əbdülhüseyn Qurbanov (“Qəbələ” İK)
Qızlar
42 kq. Gülər Hüseynova (DİN İC)
44 kq. Xədicə Mustafayeva (“Zabit Səmədov” İK)
48 kq. Səbinə Məmmədova (“Sensey” İK, Gəncə)
50 kq. Nəzrin Ağazadə (“Xocalı” İK)
52 kq. Aysu Mehdizadə (“Prins” İK, Bərdə)
55 kq. Mələk Hümbətova (“H.H 888” İK)
+60 kq. Özləm Həsənova (“Xocalı” İK)
Sonda DİN İdman Cəmiyyəti ən çox medal qazanan (9 qızıl, 2 gümüş, 12 bürünc) idmançıları olduğu üçün mükafatlandırılıb. Kubok həmin cəmiyyətin, eləcə də yeniyetmə və gənclərdən ibarət millinin baş məşqçisi Hikmət Hacıyevə verilib. Dünya və Avropa çempionu Eduard Məmmədovun baş məşqçisi olduğu ZV Döyüş Akademiyası (9 qızıl, 3 gümüş, 1 bürünc) ikinci olub. Meydan sahibi “Abşeron”un baş məşqçisi Xəyyam Abışova isə üçüncü yer tutduğu üçün (2 qızıl, 5 gümüş, 2 bürünc) kubok verilib.
Qeyd edək ki, bu yarışda özlərini yaxşı tərəfdən göstərən idmançılar 30 sentyabr – 9 oktyabr tarixlərində İtaliyanın Yezolo şəhərində uşaq, yeniyetmə və gənclər arasında keçiriləcək dünya çempionatında iştirak imkanı əldə edəcək.