Əfran İsmayılov: “İnanıram ki,  Almaniyadan ən az 1 xalla dönəcəyik” - MÜSAHİBƏ
25.10.2023 - 13:18
Əfran İsmayılov: “İnanıram ki,  Almaniyadan ən az 1 xalla dönəcəyik” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Sabah baş tutacaq  "Qarabağ"- "Bayer" matçında şansları necə dəyərləndirirsiniz?
- Düşünürəm ki, çətin rəqibdir. "Bayer" Avropada ən yaxşı formada olan komandalardan biridir. İstər baş məşqçiləri, istərsə də heyəti çox yaxşıdır. Bizi çətin və ağır oyun gözləsə də, komandamız bu görüşə çox ciddi hazırlaşıb.

- Səfərdən xalla dönmək üçün komandaya nə lazımdır?
- Səfər oyunlarında həmişə yaxşı performans göstərmişik. Eyni performansı göstərsək, mən inanıram ki,  Almaniyadan ən az 1 xalla dönəcəyik. Qurban Qurbanovun kifayət qədər yaxşı təhlili və tapşırıqları var. Futbolçular onları yerinə yetirsələr, müsbət nəticə əldə edəcəyik. 

- Komandanın Avropa Liqasındakı öncəki performansı barədə nə düşünürsünüz?
- Öncəki oyunlarda da, hazırkı vəziyyətdə də "Qarabağ" performansını tam göstərib. Həm futbolçular, həm də bütün heyət formadadır. Buna görə də yaxşı nəticə gözləməyə dəyər.

- "Qarabağ"ın qrupdan çıxmaq şansı nə qədərdir?
- "Qarabağ"ın qrupdan çıxmaq şansı 60-70 faizdir. Futbolu bilmək olmaz. Çünki bizim yenə də oyunlarımız var. İstəyimiz isə "Qarbağ"ın uğurudur. Almaniyada 1 xal belə olsa, bizim üçün sevindiricidir.
 

writer photo
Əlirza Əlirzalı
0