Emil Balayev yeni klubu ilə müqavilə bağladı
11.07.2022 - 13:28
Emil Balayev yeni klubu ilə müqavilə bağladı

“Səbail” daha bir futbolçunu heyətinə qatıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Emil Balayev yeni mövsümdən bakılıların formasını geyinəcək.

Qazaxıstanın “Turan” klubundan ayrılan Azərbaycan millisinin qapıçısının “Səbail”lə uzun danışığı müsbət yekunlaşıb. 28 yaşlı qolkiper paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Emil Balayev 2017-2019-cu illərdə “Səbail”in formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0