"Apasport"dan “Ödənişli kupon” REKORDU
08.05.2023 - 12:00
"Apasport"dan “Ödənişli kupon” REKORDU

“Apasport” proqnozsevərlərə ödənişli kupon təklifini uğurla davam etdirir. Ötən həftə keçirilən oyunlar üçün hazırlanan variantlardan 8-i uduşlu olub.

Mayın ilk 7 günündə mütəxəssis komandamız 21,98 əmsallıq qazanc gətirib. Betterlərə təklif olunan üç “Ödənişli ekspress” (2,22, 2,58, 3,04 əmsal), iki “Ödənişli günün” (2,74 və 4,13 əmsal) və üç “Ödənişli təkli” (2,00, 2,51, 2,76 əmsal) müştəriləri sevindirib.

Həftənin “Ödənişli” rekordu 4,13 əmsala bərabərdir. Bu kupon mayın 2-də keçirilən üç matça mərcdən ibarət olub.

“Apasport” həftəlik uduşlu “Ödənişli” sayında mütləq rekorda imza atıb. Martın 13-19-da 6 belə variant qazanclı olmuşdu. Bu dəfə 8 kupon dəqiq alınıb.

writer photo
Əlirza Əlirzalı
0