“İnanıram ki, "Qəbələ" də bizim kimi kuboku istəyir”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
31 yaşlı futbolçu “Qəbələ” ilə Azərbaycan kubokunun finalına həsr olunan mətbuat konfransında fikirlərini açıqlayıb: “Ona görə də, təzyiq bizdə daha çoxdur. Eynidir təzyiq. Bütün komandalar titul qazanmaq istəyir”.
- "Neftçi"də davam, yoxsa tamam?
- Düşünməmişəm. Mənim üçün kubokun ilk finalıdır. Bütün konsentrasiyam oradır.
- "Neftçi" rəhbərliyinə cavabını nə vaxt deyəcəksən?
- Müqavilə o qədər problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki müqavilə məsələsi.
Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” – “Qəbələ” oyunu saat 20:00-da başlayacaq.