En-Nesri üçün fantastik məbləğ - Mario Jardeli geridə qoydu
25.07.2024 - 13:55
En-Nesri üçün fantastik məbləğ - Mario Jardeli geridə qoydu

Super Liqa nəhənglərindən "Fənərbaxça" Yussuf En-Nesrinin transferi üçün "Sevilya" ilə anlaşıb. 

Apasport.az xəbər verir ki, artıq transferin detalları da bəlli olub.

Klubun rəsmi saytından verilən açıqlamada "Sevilya"ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi qeyd edilib. 

Bildirilib ki, bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək. 

Beləliklə, "Fənərbaxça" Super Liqa tarixinin ən bahalı transferini həyata keçirmiş olub.

Xatırladaq ki, 2000-ci ildə "Qalatasaray" 17 milyon avroya dövrün ulduz futbolçusu olan Mario Jardeli heyətinə qatmışdı.

"Super Mario" ləqəbli Jardelin "Porto"dan "Qalatasaray"a keçidi həmin dövr bütün dünyada gündəm olmuşdu. 

 

writer photo
Əlirza Əlirzalı
0