Ən yaxşı qapıçı adına 7 namizəd
22.12.2022 - 16:51
Ən yaxşı qapıçı adına 7 namizəd

FİFA ilin qapıçısı adına namizədləri açıqlayıb.

Apasport.az saytının məlumatına görə, “The Best” mükafatına 7 iddiaçı var.

Ən yaxşı 2021-ci il avqustun 8-dək 2022-ci il dekabrın 18-dək olan müddətə əsasən seçiləcək. Bu ada Alisson Bekker (Braziliya, “Liverpul”), Yassin Bunu (Mərakeş, “Sevilya”), Tibo Kurtua (Belçika, “Real”), Dominik Livakoviç (Xorvatiya, “Dinamo” Z), Mayk Menyan (Fransa, “Milan”), Emiliano Martines (Argentina, “Aston Villa”) və Manuel Noyer (Almaniya, “Bavariya”) iddia edir.

Qeyd edək ki, mükafatlandırma mərasimi 2023-cü il fevralın 27-də baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0