Futbol üzrə Azərbaycan yığması AVRO-2004-ün seçmə mərhələsində Estoniya ilə qarşılaşacaq.
Apasport.az-ın məlumatına görə, rəqib komandanın millimiz və Tailandla keçiriləcək yoxlama oyunları üçün ilk heyəti bəlli olub.
Estoniya yığmasnın baş məşqçisi Tomas Heberli heyətdə 24 futbolçuya yer verib. Azərbaycan Premyer Liqasında “Sumqayıt”ən şərəfini qoruyan Erik Sorqa millimizə qarşı oynamaq şansı qazanıb.
Qeyd edək ki, Tallində keçiriləcək Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 13-də baş tutacaq. Komandalar arasında Bakıdakı oyunda hesab açılmamışdı.
Qapıçılar: Karl Yakob Hein (“Arsenal”, İngiltərə), Matvey İqonen (“Hebır", Pazarcik, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”)
Müdafiəçilər: Karol Mets (“Sankt-Pauli”, Almaniya), Yoonas Tamm (“Botev”, Bolqarıstan), Artur Pikk (“Odra”, Polşa), Marten Kuusk (“Uypeşt”, Macarıstan), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Ken Kallaste, Mixael Lilander (hər ikisi “Flora”), Rasmus Peetson (“Levadiya)
Yarımmüdafiəçilər və hücumçular: Henri Anier (“Li Man”, Honkonq), Mattias Kayt (“Rapid”, Rumıniya), Erik Sorqa (“Sumqayıt”, Azərbaycan), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Pum (“Şemrok Rovers”, İrlandiya), Georgi Tunyov (“Peskara”, İtaliya), Boqdan Vaşuk (“Vozdovats”, Serbiya), Rokko Robert Şeyn (“Dordrext", Niderland), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Konstantin Vasilyev, Sergey Zenyov, Henrik Oyamaa, Martin Miller (hamısı “Flora”).
Estoniyanın millimizə qarşı heyəti bəlli olub
03.10.2023 - 20:04
0
0