Sabah UEFA Konfrans Liqasının III təsnifat mərhələsində baş tutacaq "Zirə" -"Osiyek" matçından əvvəl qonaqların baş məşqçisi Federiko Koppitelli mətbuat konfransında iştirak edib.
Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyundan sonra keçirilmiş mətbuat konfransında demisiz ki, "Zirə" bizə qol vura bilməzdi. Niyə belə demişdiz? Sizcə, siz "Zirə"dən çox üstünsüz?
- Mən o barədə deməmişdim. Kontesktdən götürülmüş fikirdir. Bizimlə oyunda "Zirə"nin şansları yox idi. Bu da bizim müdafiə strategiyamızın işləməsi ilə əlaqədar idi. Yoxsa, "Zirə"nin gücü də var.
- Meydançanın ot örtüyü barədə hansı fikirdəsiz? Orada oynamaq mümkün olacaq?
- İstənilən meydançaya öyrəşməliyik. Bizim meydança ilə bunun arasında fərq var. Çox da incələyə bilməmişik. Adaptasiya olmağa çalışacağıq.
- Styopa Mkrtçayanın gəlməməsi komandanız üçün nə dərəcədə itkidir?
- Onun olmaması böyük itkidir. İştirak etməməsinin səbəbi isə zədə, cəza deyil.
- "Zirə"nin heyətində italiyalı futbolçu Pyer Zebli çıxış edir. Onu tanıyırsız?
- Tanıyıram. "Peruca"da, "Genk"də oynayıb. Yaxşı oyunçudur. Uğurlu karyera arzulayıram. Amma sabahkı oyunda yox, ondan sonrakı matçlarda.
- Əlavə vaxta və penaltilərə hazırsız?
Əlbəttə ki, hazırıq. Əlavə vaxt və panalti olması ehtimaldır. Olarsa, ona uyğun çıxış edirik.