Fərrux Mahmudov “Neftçi” prezidenti təyin edildi
24.07.2023 - 14:41
Fərrux Mahmudov “Neftçi” prezidenti təyin edildi

“Neftçi”nin yeni prezidenti bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti (baş icraçı direktoru) vəzifəsinə Fərrux Mahmudov təyin edilib. 41 yaşlı funksioner 2022-ci ild'n Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru kimi çalışır.

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

O, həmçinin 2015-ci ildən “ALTÜST Media” MMC-nin təsisçisi və idarəedici direktoru olub. F.Mahmudov müxtəlif illərdə “Samsung Electronics Caucasus”, “British American Tobacco Azerbaijan”, “Azerfon” MMC və digər şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, “Neftçi”nin əvvəlki prezidenti Kamran Quliyev bu gün vəzifəsindən azad edilib

writer photo
Əlirza Əlirzalı
0