"Formula-1" üzrə Belçika Qran-Prisi keçirilib.
Apasport.az xəbər verir ki, 44 dövrədən ibarət yarışın qalibi "Mersedes" sürücüsü olub.
Komanda dublla yadda qalıb. Corc Rassell 1-ci, Lyuis Hemilton isə 2-ci yeri tutub. "Maklaren"in pilotu Oskar Piastri finiş xəttini 3-cü keçib.
Rassell mövsümdə ikinci dəfə podiumun ən yüksək pilləsində yer alıb. Bu qələbədən sonra 116 xal toplayan Corc 8-cidir. Cədvələ 265 xalla Maks Ferstappen başçılıq edir. Onu 189 xalla Lando Norris izləyir.
Formula-1. Belçika Qran-prisi
1. Corc Rassell ("Mersedes") - 44 dövrə.
2. Lyuis Hemilton ("Mersedes") - +0,605.
3. Oskar Piastri ("Maklaren") - +1,593.
4. Şarl Lekler ("Ferrari") - +8,730.
5. Maks Ferstappen ("Red Bull") - +9,514.
6. Lando Norris ("Maklaren") - +9,905.
7. Karlos Sayns ("Ferrari") - +20,553.
8. Serxio Peres ("Red Bull") - +44,485.
9. Fernando Alonso ("Aston Martin") - +48,417.
10. Esteban Okon ("Alpin") - +52,377.