Droqba onlara görə utanır
20.04.2023 - 17:04
Droqba onlara görə utanır

“Klubumu artıq tanıya bilmirəm. Bu mənim bildiyim “Çelsi” deyil”.

Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin sabiq hücumçusu Didye Droqba komandanın hazırkı vəziyyətini şərh edərkən deyib.

Fil Dişi Sahilindən olan 45 yaşlı veteran forvard London təmsilçisinin çıxışından narazıdır: “Yeni rəhbərlik və yeni məşqçi heyəti ilə komandanın nailiyyətlər qazanacağını düşünsəm də, əksi baş verir. Bizim oynadığımız dövrdə klubun sahibi Roman Abramoviç çoxlu futbolçu transfer etməyi sevsə də, gələnlər komandaya faydalı olurdu. İndi isə xərclənən məbləğə və əldə olunan nəticəyə görə çox utanıram”.

Qeyd edək ki, 2004-2012-ci və 2014-2015-ci illərdə “Çelsi”nin şərəfini qorumuş Droqba Premyer Liqada 254 matçda iştirak edərək 104 qol vurub, 64 assist edib.

writer photo
Əlirza Əlirzalı
0