2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizədlərin sayı artıb.
Apasport.az xəbər verir ki, mundialı qəbul etmək iddiasında olan Səudiyyə Ərəbistanından sonra 4 ölkənin birgə namizədliyi də irəli sürüləcək.
İndoneziya, Malayziya, Avstraliya və Sinqapur DÇ-2034-ü təşkil etmək niyyətindədir. Bu ölkələrin futbol federasiyaları FİFA-ya göndəriləcək sifarişi aktiv müzakirə edir. Asiya Futbol Konfederasiyasını (AFK) təmsil edən “dördlük” Səudiyyə Ərəbistanının əsas rəqibi sayılır.
Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. DÇ-2030 isə Mərakeş, Portuqaliya, İspaniya, Argentina, Paraqvay və Uruqvayda baş tutacaq.