“Formula-2”: 2 bolid yararsız hala düşdü
12.06.2022 - 11:44
“Formula-2”: 2 bolid yararsız hala düşdü

“Formula-2” üzrə Azərbaycan Qran-prisində ikinci qəza yaşanıb.

Apasport.az saytının məlumatına görə, hadisə 12-ci döngədə baş verib.

Roy Nissani (“Dams”) və Cem Bölükbaşının (“Çaruz”) idarə etdiyi bolidlər əvvəlcə bir-birlərinə dəyiblər, sonra baryerə çırpılıblar. Nəticədə hər iki bolid yararsız hala düşüb.

Qeyd edək ki, bundan əvvəl Olli Kalduell (“Kampos”) və Amauri Kordell (“Van Amersfoort”) toqquşaraq treki tərk edib.
 

writer photo
Əlirza Əlirzalı
0