“Frayburq”, yoxsa “Qarabağ”?: PROQNOZ
07.09.2022 - 17:00
“Frayburq”, yoxsa “Qarabağ”?: PROQNOZ

Avropa Liqasının I turunun “Frayburq” – “Qarabağ” oyunu futbol ekspertlərinin də maraq dairəsindədir.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Viktor Timofeyev də Almaniyadakı görüşə proqnoz verib.

O, proqnozsevərlərə öz variantını təqdim edib:

“Frayburq” cari mövsümə çox güclü başlayıb. Almaniya kubokunda “Kayzerslautern” yalnız əlavə vaxtda (2:1) məğlub edildisə, çempionatda birinci yerdə gedir. Belə bir sensasiya. Beş turda kollektiv 12 xal toplayıb. Yalnız bir dəfə - güclü Dortmund “Borussiya”sına uduzub – 1:3. Ginterin gəlişindən sonra müdafiə xətti də artırıb.

Ona görə də komandanın Bundesliqanın 5 oyunundan yalnız ikisində qol buraxması təəccüblü deyil. Bu da “Bayer”lə Dortmund “Borussiya”sı ilə matçlara təsadüf edib. Bu üzdən 2,19 əmsalla dəyərləndirilən qonaqların qol vurmayacağına mərc etmək olar

“Qarabağ”ın avrokubok səyahəti yetərincə uzun alınıb. Azərbaycan çempionu Polşa “Lex”i, İsveçrə “Sürix”i və Macarıstan “Ferensvaroş”unu yola salıb. Amma özü də Çexiya “Viktoriya”sı ilə dueldə dayanıb - 0:0, 1:2. Amma qorxulu heç nə yoxdur. “Qarabağ” baxımlı futbol oynayır və nəzəri cəhətdən qrupdan çıxa bilər. Amma bunun üçün öncə Almaniyada xal qoparmaq lazımdır.

Aydın məsələdir ki, “Frayburq” indi çox güclüdür və yəqin büdrəməyəcək. Almanların qələbəsini gözləyirəm. Amma başqa varianta mərc edirəm. Fikrimcə, qarşılaşma gərgin, amma qol epizodları sarıdan kasad alınacaq. Bu görüşə Alt və ya Q/Y oynamağı məsləhət görürəm. İkinci variantın əmsalı 1,91-dir. Mən özüm də buna üstünlük verirəm.

Proqnozum: Y/Q
 

writer photo
Əlirza Əlirzalı
0