Millimizin baş məşqçisi: “Qələbə üçün əlimizdən gələni edəcəyik”
19.12.2023 - 11:40
Millimizin baş məşqçisi: “Qələbə üçün əlimizdən gələni edəcəyik”

“Günortaya yaxın Niderlanda gəlmişik. Futzalçılar uzun yol qət etdilər”. 

Apasport.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov deyib.

DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində Niderlandın qonağı olacaq yığmamız matçın keçiriləcəyi Arenada ilk məşqini reallaşdırıb. Məşqdən sonra millimizin baş məşqçisi fikirlərini azfutzal.az-a açıqlayıb: “Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq. Futzalçılar çalışdılar ki, onlara verilən tapşırıqları yerinə yetirsinlər. Rumıniya ilə matçla  müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı”.

Borisov komandanın iddialı olduğunu bildirib: “Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibi təhlil etmişik. Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oynayan zaman hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəm. Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik”.  
 

writer photo
Əlirza Əlirzalı
0