“Frayburq”un baş məşqçisi: “Qarabağ”ın təcrübəsi böyükdür"
07.09.2022 - 17:13
“Frayburq”un baş məşqçisi: “Qarabağ”ın təcrübəsi böyükdür"

“Avrokuboklarda oynayacağımız anı həqiqətən də səbirsizlə gözləyirik”.

Apasport.az saytının məlumatına görə, bunu “Frayburq”un baş məşqçisi Kristian Ştrayx deyib.

Almaniya klubunun çalışdırıcısı “Qarabağ”la Avropa Liqasının matçı  öncəsi mətbuat konfransında fikirlərini açıqlayıb. Bundesliqanın lideri Ağdam təmsilçisinin zəngin təcrübəsindən ehtiyatlandıqlarını gizlətməyib: “Bundesliqanın növbəti turunun matçına da eyni dərəcədə yanaşırıq. Hər iki turnirdə uğurla oynamaq istəyirik. Çünki biz bu haqqı qazanmışıq. “Qarabağ” beynəlxalq təcrübəyə məxsus komandadır. Lakin biz də bütün sınaqlardan əla ilə keçmişik”.

Ştrayx matçın mümkün gedişi barədə də danışıb: “Rəqibimiz hər il Avropa Liqası və ya Çempionlar Liqasında oynayır. Onların təcrübəsi böyükdür. Oyun bərabər səviyyədə keçə bilər. Amma ümid edirəm ki, belə olmayacaq”.

Qeyd edək ki, “Frayburq” – “Qarabağ” oyunu sabah baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0