“Frayburq”un zədəli futbolçularının durumu açıqlandı
07.09.2022 - 17:33
“Frayburq”un zədəli futbolçularının durumu açıqlandı

Avropa Liqasında “Qarabağ”la qarşılaşacaq “Frayburq”un zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, macarıstanlı hücumçu Roland Sallai sabah keçiriləcək matçı buraxacaq.

“Bayer”lə matçda (3:2) xəsarət alan futbolçu Bundesliqanın növbəti qarşılaşmasını da buraxacaq. Lakin Sallai əməliyyatı zərurəti yaranmayıb.

Leverkuzenlilərlə oyunda zədə üzündən əvəzlənən Manuel Quldenin durumu isə qənaətbəxşdir. Müdafiəçi sabahkı matçda forma geyinə biləcək.
 

writer photo
Əlirza Əlirzalı
0