"Atletiko" əsas oyunçusu ilə müqaviləni uzatmağa yaxındır
08.03.2024 - 17:57
"Atletiko" əsas oyunçusu ilə müqaviləni uzatmağa yaxındır

"Atletiko Madrid"in yarımmüdafiəçisi Koke yaxın vaxtlarda klubu ilə yeni müqavilə imzalaya bilər.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, yarımmüdafiəçi yenidən “Atletiko”da qalacaq. Tərəflər danışıqlar aparıb və razılığa xeyli yaxınlaşıblar.

Kapitanın hazırkı müqaviləsi mövsümün sonunda başa çatır.

Xatırladaq ki, Koke karyerası boyu “Atletiko”da çıxış edib. Onun əsas komandada debütü hələ 2009-cu ildə baş tutub. Bu mövsüm 32 yaşlı ispaniyalı Dieqo Simeonenin komandasında 36 oyun keçirib, 4 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0