Legionerindən “Qəbələ”yə “yox” cavabı
06.05.2023 - 15:55
Legionerindən “Qəbələ”yə “yox” cavabı

Avrokuboklara vəsiqə qazanmağa yaxın olan “Qəbələ” Ruan Renatodan sonra daha bir legionerlə bağlı problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, ötən ilin yayında Azərbaycana gələn Abu-Akal Feras 1+1 illik müqavilənin ikinci bölümünün qüvvəyə minməsinə razılıq verməyib.

Səbəb də odur ki, klub rəhbərliyi ona gözlədiyi maaş artımını təklif etməyib. 26 yaşlı israilli yarımmüdafiəçi illik qazancının 100 min dollara çatdırılmasını istəyir (sportinfo.az).

writer photo
Əlirza Əlirzalı
0