Kimpembe üçün 25 milyon avro
08.02.2023 - 11:11
Kimpembe üçün 25 milyon avro

PSJ-nin futbolçusu Presnel Kimpembe “Atletiko”nun transfer hədəfinə çevrilib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu 27 yaşlı mərkəz müdafiəçisini yayda heyətinə qatmaq istəyir.

Madridlilər onun transferi üçün 25 milyon avro ödəməyi planlaşdırır. Kimpembenin Fransa təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, Presnel 2013-cü ildən PSJ-də çıxış edir. O, cari mövsümdə 8 oyuna çıxıb.

writer photo
Əlirza Əlirzalı
0